Azərbaycanda koronavirus nə vaxt bitə bilər? - TƏBİB AÇIQLADI
- 18.03.2021, 19:32,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda vaksinasiya tempi sürətlə gedir, yarım milyona qədər insan artıq vaksinasiya olunub. Ancaq bu proses daha da sürətləndirilməlidir.
Telexeber.az-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
A.Qurbanov bildirib ki, son məqsəd virusa qarşı kütləvi immunitet yaratmaqdır: “Son məqsədimiz əhalinin böyük əksəriyyətində immunitet yaratmaqdır. Əhalinin təqribən 60-70 faizində immunitet yaratsaq, bu pandemiya daha bizi narahat etməyəcək”.