Azərbaycanda hemodializ alan xəstələrin sayı açıqlanıb
- 15.03.2022, 15:33,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda təxminən 3700 hemodializ müalicəsi qəbul edir".
Telexeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev deyib.
O bildirib ki, xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır: "İnkişaf etmiş ölkələrdən - Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür. Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45%-i (təxminən 3700 xəstə) xəstə böyrəklərin xroniki xəstəliyi səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər. Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar. Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir".
F.Babayev böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərini də açıqlayıb. Bunlar qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi) (26-28%), şəkərli diabet (23-27%), arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) (15-16%), xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi) (13-15%), polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) (4-6%), uroloji səbəblərdir (4-5%). Digər səbəblər isə 2-3% təşkil edir.