Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində idmana olan marağından söz açıb.
Telexeber.az həmin o dialoqu təqdim edir:
Müxbir: Prezident Əliyev, gəlin Sizin sevdiyiniz mövzulardan birinə keçək - idman və fitnesə.
Prezident İlham Əliyev: Yaxşı.
Müxbir: Siz turnikdə dartındığınız videonu qoymusunuz. 60 yaşınız tamam olurdu həmin vaxt.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: On beş dəfə. Çox xoş təəssürat bağışladı. Daha çox da edə bilərsiniz…?
Prezident İlham Əliyev: Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim. Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz.
Müxbir: Tam haqlısınız. Siz, həmçinin ağır atletikanı sevdiyinizi gizlətmirsiniz. Hətta, yaxın dostunuz, Prezident Ərdoğanın qarşısında hazırlıq olmadan göstərdiniz.
Prezident İlham Əliyev: Bu, işin asan hissəsi idi. Bəli, o qədər də ağır deyildi.