Prezident bu qanunları LƏĞV ETDİ

Prezident bu qanunları LƏĞV ETDİ
Prezident İlham Əliyev "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanun imzalayıb.

Maddə 1. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu ləğv edilsin.


Maddə 2. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu ləğv edilsin.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Популярный ролик