"Paşinyan buna görə Qarabağa qoşun göndərmir, əgər göndərsə..." - Sergey Markov

“Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusunu Qarabağa göndərməyə qorxur. Çünki əvvəla, bilir ki, ordusu darmadağın ediləcək. İkincisi, əgər indi Ermənistan ordusu Azərbaycan ərazisinə girərsə, cavabında Azərbaycan ordusu da Ermənistan ərazisinə daxil olaraq, Zəngəzur dəhlizini nəzarətə götürə bilər”.

Telexeber.az xəbər verir ki, bu sözləri azvision.az-a rusiyalı politoloq Sergey Markov deyib. O əlavə edib ki, əgər Paşinyan Azərbaycana ordu göndərsə, cavabında Azərbaycan da Ermənistan ərazisinə daxil olsa, KTMT-nin İrəvanın qarşısında heç bir öhdəliyi olmayacaq. Çünki Ermənistan təcavüzə uğrayan tərəf yox, təcavüz edən tərəf olacaq.

Markov onu da qeyd edib ki, hazırda Qarabağın ərazisində olan erməni ordusu Azərbaycanın Silahlı Qüvvələrilə müqayisədə çox zəif və effektsizdir. Üstəlik, Azərbaycanın Laçın yolunu nəzarətə götürməsi nəticəsində Ermənistandan da təcrid olunub.
Популярный ролик