Prezident Ağcabədi ilə bağlı sərəncam imzaladı
- 07.01.2020, 18:51,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Ağcabədi rayonunun əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə sərəncam imzalayıb.
Telexeber.az xəbər verir ki, əhalisi 83 682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.