“Ermənistan Aİ-yə üzv olmağa hazırdır” - Simonyan
- 01.03.2024, 09:47,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib ki, Yerevan Aİ üzvlüyünə namizəd olmağa hazırdır.
Telexeber.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Simonyan bu fikirlərini Ermənistanda demokratiyanın səviyyəsinin yüksək olması ilə əsaslandırıb:
“Biz Aİ üzvlüyünə namizəd statusu almağa hazırıq. Ermənistan göstəricilərinə görə, bəzi Aİ üzvlərindən daha yüksək səviyyədə demokratiyaya sahibdir. Tələsməyə ehtiyac olmasa da, bu barədə düşünməliyik”, - deyə deputat bildirib.
Simonyan çıxışı zamanı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı şayiələrə də münasibət bildirib .
Spikerin sözlərinə görə, bu gün belə qərar olmasa da, gələcəkdə respublikanın hakimiyyət orqanları təşkilatdan çıxmaq barədə qərar verə bilərlər.