Ermənistan dəhliz yox, yol açmağa hazırdır - BU ŞƏRTLƏRLƏ...

Ermənistan dəhliz yox, yol açmağa hazırdır - BU ŞƏRTLƏRLƏ...“Biz yolu açmağa hazırıq, dəhliz yox”.

Telexeber.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan və Türkiyənin bu yollardan hərəkət üçün istifadə edə bilməsindən ötrü bütün mövcud yolları açmağa hazırdır. Lakin bütün bu yollar Ermənistanın suveren nəzarəti altında olacaq” deyə Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirib. O açıqlamasında əlavə edib ki, 9 noyabr və 11 yanvar tarixli bəyanatlarının məntiqi ilə Ermənistan Asiya ölkələri, eləcə də Rusiya ilə əlaqə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etmək imkanı əldə edəcək.
“Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturundan istifadə etmək imkanımız olacaq. Öz növbəsində Azərbaycan da Naxçıvanla əlaqə saxlamaq üçün Ermənistanın yollarından istifadə etmək imkanı əldə edəcək. İnfrastrukturun açılması Naxçıvana dəmir yolu vasitəsilə Yerevandan İrana və oradan Fars körfəzi – Çabahar limanına qədər getməyə imkan verəcək. İran həmçinin Yerevan, Tbilisi ilə əlaqə saxlamaq imkanı yaxalamaqla, eləcə də Avropaya mal və xidmət ixrac etmək şansı qazanacaq”deyə Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirib.
Популярный ролик