Prezidentdən Neft Fondu ilə bağlı FƏRMAN

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun iki müavini olacaq.

Telexeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanında öz əksini tapıb.
Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini olub.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrından indiyədək ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovdur.
Популярный ролик