Milli Məclis təkzib etdi: "Lazım gəlsə, siyahını açıqlayarıq"

Milli Məclis təkzib etdi: "Lazım gəlsə, siyahını açıqlayarıq"Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmi 16 deputatın vəsait ödəməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, Milli Məclisin bütün deputatları, parlament Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 250 min manatdan çox pul köçürüblər.

"Əgər lazım olsa, bizdə siyahı var. Həmin siyahını ictimaiyyətə açıqlaya bilərik", - deyə A.Təvəkküloğlu bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.
Популярный ролик