"Silah sanksiyalarını ləğv etməsələr, nəticələri çox ağır olacaq" - Həsən Ruhani
- 06.05.2020, 20:15,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Əgər İrana qarşı silah sanksiyaları davam etdirilsə, bunun nəticələri ağır olacaq. Bunu 4+1 ölkələrinə də (Çin, Fransa, Almanya, Rusiya ve İngiltərə) söyləmişəm. Onlar belə böyük səhv qarşılığında necə nəticələrlə qarşılaşacaqlarını yaxşı bilirlər".
Telexeber.az xəbər verir ki, bunu İran lideri Həsən Ruhani ABŞ-ın 2018-ci ildə İrana qarşı başlatdığı sanksiyalardan danışarkən deyib. İki il öncə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozaraq ABŞ prezidentinin nüvə sazişindən ayrıldığını bildirən Ruhani əlavə edib:
"Biz 2 il 4 ay boyunca dünya ilə müzakirə apardıq. Eyni zamanda bu müddətdə anlaşma tətbiq edildi. Bu anlaşma ölkə siyasət tarixində ən faydalı anlaşma oldu".
Nüvə anlaşması ilə birlikdə İrana dair bir çox sanksiyanın qaldırıldığını vurğulayan Ruhani qeyd edib:
"Banklardakı pullarımız sərbəst buraxıldı. İranın anlaşma ilə birlikdə iqtisadi dirçəlişi 12,% artdı. Eyni zamanda neft satışlarımız 900 min bareldən 2 milyon barelə qalxdı. Bu İrana qarşı olanları narahat edir".
Nüvə sazişi çərçivəsində İrana qarşı silah sanksiyalarının qarldırılması gərəkdiyini deyən Ruhani anlaşmada silah sanksiyalarının 5 il içində qaldırılmasının planlaşdırıldığını bildirib:
"Əgər Tramp sanksiyaları aradan qaldırıb bizim razılaşacağımız bir saziş təklif etsə, anlaşmaq mümkün ola bilər".
Mənbə: Haberler.com