"Maduronu ABŞ-a qaçıracaqdıq" - Çevrilişə cəhddə günahlandırılan Amerikalı
- 07.05.2020, 10:03,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Venesuelada çevrilişə cəhd etdiyi iddiaları ilə həbs ediləm şəxslərdən biri olan ABŞ-lı Luk Denmanın sorğuya çəkildiyi görüntülər yayımlanıb.
Telexeber.az bildirir ki, Venesuela dövlət televiziyasında yayımlanan görüntülərdə Luk Denman bildirib ki, Venesuela prezidenti Nikolas Maduronu qaçıraraq ABŞ-a apara biləcəyi təqdirdə 50-100 min dollar pul alacaqdı. Çevrilişin planına görə, onlar hava limanını nəzarət altına alaraq Maduronu qaçırmalı idilər.
Qeyd edək ki, çevrilişə cəhddə günahlandırılan 8 nəfər mayın 5-də saxlanılmış, onlardan 2-nin ABŞ-lı olduğu ortaya çıxmışdı. Məsələ ilə bağlı açıqlama verən ABŞ Xarici İşlər naziri Mayk Pompeo Venesuelada saxlanılan iki vətəndaşlarını geri almaq üçün hər yola əl atacaqlarını deyib.
Mənbə: sondakika.com