TBMM sədri İslam ölkələrini birliyə çağırdı
- 24.06.2026, 13:38,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bu gün İslam dünyası böyük potensiala malik olsa da, təəssüf ki, hələ bu imkanlardan tam şəkildə istifadə edə bilmir".
Telexeber.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (PUIC) 20-ci sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, müsəlman ölkələri arasındakı siyasi fikir ayrılıqları, etnik və məzhəbi fərqlər qarşıdurma amilinə çevrilməməlidir. O vurğulayıb ki, bu müxtəlifliklər İslam dünyasının zənginliyi kimi qiymətləndirilməli və əməkdaşlığın gücləndirilməsinə xidmət etməlidir.
Kurtulmuş qeyd edib ki, İslam ölkələri ortaq məqsədlər ətrafında birləşə bilsələr, yeni formalaşan çoxmərkəzli dünya nizamında daha təsirli rol oynaya və qlobal proseslərə ciddi təsir göstərə bilərlər. O, müsəlman ölkələrini birlik və həmrəyliyi gücləndirməyə çağırıb.