Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.
Telexeber.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 5 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
- Azərbaycan Milli Qurtuluş Partiyas, sədri Vüqar Oruc.
Bu partiyalardan dördü qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.