Azərbaycanlı deputat Xankəndində ofis açır

Azərbaycanlı deputat Xankəndində ofis açır
"Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”.

Telexeber.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev tvitter hesabında yazıb.
O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:

"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.
Популярный ролик