Dünyanı gözləyən iki BÖYÜK MÜHARİBƏ: ABŞ və Çin BU ÖLKƏ uğrundan FƏLAKƏTƏ səbəb olacaq
- 11.10.2021, 09:45,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
"ABŞ və Çin arasındakı qarşıdurma Üçüncü və Dördüncü Dünya Müharibələrinə səbəb ola bilər. Vaşinqtonla Pekin arasındakı qarşıdurma böyük ehtimalla həlledici toqquşma ilə bitməyəcək, əksinə silsilə silahlı qarşıdurmalara səbəb olacaq".
Telexeber.az xəbər verir ki, bu fikrləri Amerikanın "19Fortyfive" nəşrinin köşə yazarı Robert Farley söyləyib. Onun fikrincə, iki böyük dövlət Tayvan uğrunda döyüşə başlaya bilər. Farley hesab edir ki, ABŞ qüvvələri ÇXR məğlub etməyi bacardığı təqdirdə, bu, Pekini ada ilə birləşmək fikrindən əl çəkməyə məcbur etməyəcək. Müəllif hesab edir ki, ÇXR ABŞ -la müvəqqəti barışıq bağlayacaq və sonra mübahisəli bölgəni birləşdirmək üçün yenidən zərbə endirəcək.
"Çin Tayvan kampaniyasını qazansa belə, ABŞ ilə əsas ziddiyyətləri ortadan qaldırmayacaq. ÇXR-nın hərbi uğuruna Asiya dövlətlərinin reaksiyasını proqnozlaşdırmaq çətin olsa da, bu hadisədən sonra Vyetnam, Yaponiya və Cənubi Koreya kimi ölkələrin Vaşinqtonla daha sıx ittifaq qurmağa çalışacağını güman etmək olar. Amma bu başqa bir qarşıdurma üçün ilkin şərtlər yaradacaq "deyə nəşr yazır.
Qeyd olunur ki, Sakit okeanın qərbində baş verən hər hansı bir silahlı toqquşma bir fəlakət olacaq və Asiya ilə Şimali Amerika arasında inkişaf etmiş infrastrukturu, maliyyə və ticarət əlaqələrini məhv edəcək. Məqalə müəllifi, bəşəriyyətin belə bir ssenaridən qaça biləcəyinə ümid etdiyini bildirib.