Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşübÖzbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin (MM) sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Telexeber.az-a MM-dən bildirilib.


Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi qeyd olunaraq, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistana tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

O, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin sədri müsahibədə Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Популярный ролик