Azərbaycan və Pakistanın kosmik agentlikləri Memorandum imzalayıb
- 25.10.2022, 09:15,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") Pakistanın Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası (SUPARCO) arasında Anlaşma Memorandumu imzalanıb.
Telexeber.az nazirliyə istinadən xəbər verir ki, sənəd kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur.
Buraya kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.
"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmos yönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
SUPARCO-nun sədri Amer Nadem bu memorandumun ölkələrimizin firavan gələcəyi naminə birgə fəaliyyətə geniş imkanlar yaradacağını vurğulayıb.