Britaniya səfiri Azərbaycana başsağlığı verib

Britaniya səfiri Azərbaycana başsağlığı verib“Dekabrın 14-də Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi".

Telexeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviterdə paylaşım edib.


“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.

Xatırladaq ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.
Популярный ролик