"Azərbaycan istənilən platformada danışıqlara razılıq verib" - Nazir
- 28.12.2022, 08:49,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
"İstənilən üçtərəfli və digər platformalarda digər görüşlərin keçirilməsini biz istisna etmirik".
Telexeber.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib:
"2022-ci ildə müxtəlif platformalardan istifadə olunub. Bizim üçün əsas məqsəd nəticənin olmasıdır. Danışıqlar nəticəyönümlü olmalıdır. Bu baxımdan hansı platformanın olması bizim üçün önəmlidir, ancaq konkret olaraq bir platformaya köklənmək bizim üçün əsas priotet deyil. Azərbaycan istənilən platformada danışıqlara razılıq verib. Prosesə açıq olduğumuzu demişik. Təkcə bir istisna hal var. Azərbaycan bundan öncə və sonra o tərəflərin iştirakına imkan verməyəcək ki, həmin tərəflər özlərinin qərəzləri olmasını, neytral və ədalətli mövqe tuta bilməməsini nümayiş etdiriblər. Onların prosesdə iştirakında məqsədləri var. Belə platformalar bizim üçün qəbuledilməzdir. İstənilən üçtərəfli və digər platformalarda digər görüşlərin keçirilməsini biz istisna etmirik", - deyə nazir qeyd edib.