Türkiyənin vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür məktubu ünvanladı
- 09.03.2023, 08:32,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin vtse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Bu barədə Telexeber.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.