Britaniya səfiri Fazil Mustafaya hücumu PİSLƏDİ
- 29.03.2023, 09:46,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld deputat Fazil Mustafaya qarşı terror aktını qınayıb
Telexeber.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.
“Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”, - o qeyd edib.
Xatırladaq ki, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum edilib. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.