Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 40 faiz artıb
- 06.05.2020, 20:06,
- Sosial
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvar-aprel aylarında DSMF-nin daxilolmaları keçən ilin müvafiqdövrünə nisbətən 39,6 faiz çox olub.
Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə isə, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
Nazir diqqətə çatdırıb ki, ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub.