Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı - FOTO

  • 08.05.2020, 09:30,
  • Şou
Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı - FOTO“Sevgi nəyə deyirsən sən? Hər kəs bu sözün mənasını özünəməxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə ondan qaçır, kimsə inkar edir, amma bunlara baxmayaq, hamı məhz onun axtarışındadır”.

Telexeber.az xəbər verir ki, bu sözləri bir neçə ay öncə gizli şəkildə nişanlanan müğənni Sevda Yəhyayeva nişanlısı Zakir Bayramovla birgə royal önündə çəkdirdiyi fotoya şərh bildirərkən yazıb.
Sənətçi nişanlısına olan sevgisini bu sətirlərlə qələmə alıb:

“İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə onu qəbul etmirik. Məncə, bu bir insanın başqa birinə hiss etdikləridir. Bunu sözlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış ve dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil, bu həmçinin qayğı, dözüm, qarşılıqlı anlam, sevinc və hətta kədərdir.

Sevginin mahiyyəti sevdiyin insanı olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir. Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kim hələ çözə bilmir. Bunu mən belə anlayıram, sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikdə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil.

Sən ona yaxşılıq və hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən. Buna sevgi deyirlər. Bəs sən sevgini nəyə deyirsən?”

Diqqət çəkən məqam S.Yahyayevanın nişanlısı Z.Bayramovun da “Instagram” hesabında müğənnin paylaşdığı eyni şəkillərin və sevgi şərhinin yer alması olub.

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.
Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı - FOTO
Популярный ролик