Nişanlısı təyyarədə ölən iş adamı Hadise ilə sevgili oldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Nişanlısı Mina Başaran vəfat edəndən sonra depressiyaya düşən iş adamı Murad Gezer yeni eşqə başlayıb.
BEŞ.AZ türk mediasına istinadən xəbər verir ki, biznesmenin yeni sevgilisinin müğənni Hadisə olduğu ortaya çıxıb.
Cütlük dostlarının təşkil etdiyi bir yeməkdə tanış olublar. Əvvəlcə dost olan Hadise və Murad son günlər tez-tez görüşür. Birlikdə vaxt keçirməkdən zövq alan tanınmışlar görüş üçün hamıdan uzaq məkanları seçirlər.
Gezer ölən nişanlısının xatirəsinə hörmət üçün hələ münasibəti gizlətməyi təklif edib. Hadise də onun istəyi ilə razılaşıb.
Qeyd edək ki, Mina Başaran ötən il 7 rəfiqəsi ilə Dubaydan bekarlığa vida partisindən qayıdarkən təyyarə qəzasında dünyasını dəyişib. Murad sevgilisini "Mələyim" deyə, adlandırırdı