Prodüser Tarix Əliyev aparıcı kimi fəaliyyət göstərdiyi Xəzər TV-dən ayrılıb.
Telexeber.az xəbər verir ki, Tolik bu gün "Instagram" hesabında bununla bağlı paylaşım edərək, kanalı tərk etdiyini bildirib.
"Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma "Xəzər"imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yalnışlıqlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcılar qarşısına çıxıb, onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir.
Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.
Baxmayaraq ki, Murad Dadaşov vəzifəyə gələn ilk gün "Hər şey daxil" verilişi bağlandı, amma mən bugünə qədər "Xəzər" kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım".
Aparıcı yaxın günlərdə "Tarixin bir günü" verilişi ilə yenidən efirə qayıdacağını da qeyd edib.