85 nəfər direktor müavini vəzifəsinə təyin edilib

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib.

Telexeber.az xəbər verir ki, idarədən verilən məlumata görə, müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.


BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 85 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bundan əlavə, 2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 18 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.

2022-2023-cü dərs ilində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.

Müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul hüququ qazanıb.
Популярный ролик