I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır

Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılır.

Artıq Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Qeyd edək ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
Популярный ролик