Xarici dillər üzrə imtahanın nəticələri iki həftə ərzində elan ediləcək
- 19.12.2022, 08:35,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib.
DİM-dən Telexeber.az-a bildirilib ki, imtahan ingilis, alman, fransız dilləri üzrə şifahi formada – kompüter proqramı vasitəsilə təşkil edilib. Danışıq bloku üzrə imtahanda 370 nəfərin iştirakı gözlənilirdi.
İmtahan 3 hissədən ibarət olub. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılıb. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.