Avtomobillə motosiklet toqquşub, ölən var

Avtomobillə motosiklet toqquşub, ölən varBakıda avtomobillə motosiklet toqquşub, ölən var.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 4-ü saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri - C. Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub və nəticədə motosikletçi hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Популярный ролик