ABŞ-dan sərt xəbərdarlıq: Status-kvo güc yoluyla dəyişdirilə bilməz - "Sözümüzün arxasındayıq"
Facebook
Вконтакте
Одноклассники
Google+
“Tayvanla bağlı status-kvonun güc yoluyla dəyişdirilməsinə cəhd etmək ciddi səhv olacaq”.
Telexeber.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə belə xəbərdarlıq edib. O bildirib ki, Pekinin Tayvan ətrafındakı hərbi addımları böyük narahatlıq yaradır. Onun sözlərinə görə, ABŞ Tayvana bölgədə sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək üçün söz verib və bu sözün arxasındadır.