Putin Şoyqunu qələbə münasibətilə təbrik etdi: Orduya hücumu dayandırmaq əmrini verdi

Putin Şoyqunu qələbə münasibətilə təbrik etdi: Orduya hücumu dayandırmaq əmrini verdiRusiyanın İnterfax agentliyi Mariupol şəhərinin Rusiya ordusunun nəzarətinə keçməsini rəsmi mənbələrə istinadən təsdiq edib.

Telexeber.az xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu Mariupolun ələ keçirilməsini Prezident Vladimir Putinə məruzə edəndən sonra Kreml rəhbəri bunun böyük uğur olduğunu ifadə edib. Putin Şoyqunu uğurlu hərbi əməliyyat münasibətilə təbrik edib.
Məlumata görə, ələ keçirilən Mariupolda bir qrup hərbçi polad fabrikində mövqe tutub. Bildirilir ki, Putin Rusiya ordusuna fabrikə hücum etməmək barədə təlimat verərək, gözləməyi əmr edib. Şoyqu Putinə deyib ki, fabrikdəki 1478 hərbçi təslim olsa da, hələ içəridə 2 min əsgər var.
Популярный ролик