Tozlu hava bu tarixədək davam edəcək

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.

Telexeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib.

"Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir", - deyə G.Abbasova qeyd edib.
Популярный ролик