"Windows"un qlobal nasazlığı Bakı aeroportunun fəaliyyətinə təsir göstərməyib
- 19.07.2024, 20:45,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Windows 10 əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.
Bakı hava limanından Telexeber.az-a verilən məlumata görə, aeroportun əməliyyatları Amadeus sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.
Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.
Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşları həyata keçirilir.