Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı Azərbaycana gətirilib - Hikmət Hacıyev
- 09.04.2020, 08:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib.
Telexeber.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan Azərbaycan vətəndalarla təmasdadırlar. PA rəsmisi vurğulayıb ki, xaricdə xüsusi ehtyacı olan vətəndaşlarımıza diplomatik nüayəndəlilklər və adidiyyatı qurumlar dəstəklərini davam etdirirlər.