"Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir" Prezidentin köməkçisindən RƏSMİ

"Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir" Prezidentin köməkçisindən RƏSMİ“Dövlətimiz tərəfindən lazımi və zəruri tədbirlər atılır. Proseslər də bir qədər situativ formada inkişaf edir. Özünəməxsus bir dinamikası var. Ona görə də dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bilavasitə və şəxsən dövlətimizin başçısının rəhbərliyi altında bütün proseslər izlənilir və qiymətləndirilir”.

Telexeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Hadisələrin inkişaf tendesiyalarına uyğun olaraq qərarlar qəbul olunur. Təbii ki, dövlətimizin qəti iradəsi, əzmi də var. Burada əsasəs meyar vətəndaşlarımızın sağlamlığının təmin olunması, qorunmasından ibarətdir. Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir və təbii ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində olan vətəndaşlarımızın da üzrəinə böyük bir məsuliyyət düşür", - o bildirib.
Популярный ролик