Plastmas şprislər gömrük rüsumundan azad edilib
- 19.04.2020, 09:07,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
Telexeber.az xəbər verir ki, dəyişikliyə əsasən, plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilib.
Həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərin hər bir ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin hər biri üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu müəyyən olunub.