Müğənni həbs edilən başçıdan danışdı: "Paçkalarla dolları... "

Müğənni həbs edilən başçıdan danışdı: "Paçkalarla dolları... "Gənc müğənni, "Abşeron" qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.

Telexeber.az publika.az-a istinadən xəbər verir ki, M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: "2005, ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, bulvardakı restoranda ofisiant işləyirdim. Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.
Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günü oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paçka dollar çıxardırdı. Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.

O qədər pulu yığdılar, amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsiz az maaşa işləyən ofisiantlara-bizə bir qəpik də vermədilər".
Популярный ролик