Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKABu günə qədər Azərbaycanda 2 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Telexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, yoluxanlardan 1 789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208 546 test aparılıb.
Популярный ролик