Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - SON DƏQİQƏ

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - SON DƏQİQƏAzərbaycanda koronavirusdan ölənlərin sayı 39 nəfərə çatıb.

Bu barədə Metbuat.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Belə ki, bu gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü daha üç nəfər vəfat edib.
Qeyd edək ki, hazırkı dövrədək ölkə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.
Популярный ролик