Əmək qabiliyyətini itirmiş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur
- 20.05.2020, 07:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş şəxslərlə bağlı işəgötürənlər üçün yeni tələb qoyulur.
Telexeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanuna əlavə edilən yeni maddədə deyilir.
Bu əlavəyə əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.