Salyanda avtomobil qaçıran iki qadın saxlanıldı

Salyanda avtomobil qaçıran iki qadın saxlanıldıSalyan rayonunda oğurluq hadisəsi baş verib.

Salyan rayon polis şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus "Opel" markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.
Telexeber.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
Популярный ролик