Ustanı iş başında tok vurdu

Ustanı iş başında tok vurduSabunçu Rayon Prokurorluğu ustanın ölümü ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Telexeber.az-a daxil olan məlumatda bildirilir:

"Oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır".
Популярный ролик