Daha 2 nəfər yol qəzasının qurbanı olub

Daha 2 nəfər yol qəzasının qurbanı olubRespublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumatda qeyd olunub ki,daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Популярный ролик