Qaydaları pozan daha bir nəfər toyda cərimələndi

Qaydaları pozan daha bir nəfər toyda cərimələndiÖtən gün 7 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Telexeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən gün 64 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Популярный ролик