Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşib

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşibGənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiyanın yeni tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri

Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti.
Популярный ролик