Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərin maaşı ARTIRILDI - RƏSMİ

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərin maaşı ARTIRILDI - RƏSMİNazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

Telexeber.az xəbər verir ki, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olub:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

310

2.

1-ci kateqoriya dövlət orqanlarında

295

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

280

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

260
Популярный ролик