Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi uşaqlarla bağlı videoçarx hazırlayıb.
Bu barədə Telexeber.az-a İdarədən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi uşaqların dili ilə yol hərəkəti qaydalarının təbliği, yol nəqliyyat hadisələrinin, eləcədə uşaq travmatiziminin qarşısının alınması, formalaşan yeni nəsilə və ictimaiyyətə hüquqla qorunan qaydalara əməl etmək mədəniyyətinin formalaşdırılmasıdır.
"Layihə çərçivəsində hazırlanan videoçarxların təhsil müəssisələrində uşaqlara çatdırılması məqsədilə təhsil kollektivlərinində aktiv olmasını xahiş edirik!", - məlumatda qeyd edilib.