Pay torpaqlarının dövlət hesabına sənədləşdirilməsi yekunlaşır
- 22.04.2022, 10:25,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan daha tez yekunlaşacağı proqnazlaşdırılır.
Əmlak Məsələləri Dövlət Xidmətindən Telexeber.az-a verilən məlumata görə, ötən ilin dekabr ayından bu ilin 18 aprel tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub, 9521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunan müddətdə təqdim ediləcək.