Azərbaycan İrlandiyaya şüşə vərəqələrin ixracına başlayıb

Azərbaycan İrlandiyaya şüşə vərəqələrin ixracına başlayıbİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb.

Telexeber.az Agentliyə istinadən xəbər verir ki, ilkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib.


“Azerfloat” İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir. Şirkət İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində alman texnologiyası əsasında müxtəlif çeşiddə, rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. Onun vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Популярный ролик